Qayınatasının evində gizlənən iranlı nüvə alimi həlak olub
Dərc olunub:
24-06-2025, 10:03
Bu gecə İsrailin İrana zərbələrindən sonra daha bir nüvə alimi həlak olub.
Bu haqda İran KİV məlumat yayıb.
Məlumata görə, doktor Saddiqi Sabirin qayınatasının evinə 3 İsrail mərmisi düşüb.
Bildirilir ki, o, bir neçə müddətdir ki, qayınatasının evində sığınırmış.
Məlumata görə, münaqişənin başladığı ilk gün onun 17 yaşlı oğlu da həlak olubmuş.