İran nüvə silahından imtina etməyə hazırdır - Bu şərtlə
Dərc olunub:
15-05-2025, 10:37
İran iqtisadi sanksiyaların tamamilə ləğvi müqabilində ABŞ-lə nüvə sazişi bağlamağa hazırdır.
Bu barədə İranın ali dini liderinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani məlumat yayıb.
Onun sözlərinə görə, Tehran nüvə silahının yaradılmasından həmişəlik imtina etməyi, yüksək zənginləşdirilmiş uranın bütün ehtiyatlarından qurtulmağı, uranın zənginləşdirilməsini yalnız mülki səviyyədə məhdudlaşdırmağı və beynəlxalq müfəttişlərin yoxlama aparmasına icazə verməyi öhdəsinə götürür. O vurğulayıb ki, bu addımlar yalnız bütün sanksiyaların dərhal ləğvi şərti ilə mümkündür.
Şəmxani əlavə edib ki, ABŞ şərtləri qəbul edərsə, saziş dərhal imzalana bilər.