"İran ordusu və Sepah döyüş hazırlığının zirvəsindədir"

İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazında, Körfəzdə, Makran sahillərində döyüş və əməliyyat hazırlığının zirvəsindədir.

“Report” Sepahın informasiya mənbələrinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

“Silahlı qüvvələrimiz düşmənə qarşı durmaq üçün tam güc və hazırlığa malikdir”, - Baş Qərargah rəisi vurğulayıb.

Qeyd edək ki, İran hakimiyyəti ABŞ, Böyük Britaniya, İsraili özünə düşmən bilir və ölkənin hərbi hazırlığına dair bütün mesajları əsasən onlara ünvanlanır. Baqeri də həmin dövlətlərə işarə edərək deyib:

“Ola bilər, siz səhv hesablamalara əsaslanaraq İranla münaqişəyə başlayarsınız. Münaqişənin sonu, onun forması, vaxtı, yeri və döyüş meydanının genişlənməsi artıq sizin əlinizdə olmayacaq, bunları İslam Respublikası müəyyən edəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər