Qarabağdakı sülhməramlılardan növbəti təxribat - FotoQarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının növbəti dəfə təxribat xarakterli görüntüsü sosial şəbəkələrdə yayılıb.

Axar.az xəbər verir ki, rus sülhməramlısı əlində qondarma rejimin bayraqları olan uşaqla şəkil çəkdirib.

Qeyd edək ki, sülhməramlılarla ermənilərin süfrə arxasında, eləcə də erməni qadınlarına gülvermə kimi tez-tez görüntüləri yayılır.
Xankəndi sürətlə boşalır: yeni müharibə təhlükəsiXankəndidəki terrorçuların “xarici işlər naziri” David Babayan ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib.

“Burada yaşamağa davam etməliyik, Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə buna davam etməliyik. Əlbəttə, bu cəhdlər nəticə vermir, amma insanların ümidini, inancını gücləndirmək üçün hər şeyi etməliyik”, - Babayan deyib.

Və bununla təsdiqləyib ki, rus sülhməramlılarının arxasında gizlənən terrorçular ermənilərin köçünün qarşısını ala bilmir.

David Babayan bir neçə həftə öncə rus jurnalist Darya Aslamovaya müsahibəsində də əhalinin köçünün başlandığını etiraf etmişdi.

Erməni jurnalist Sovinar Barxudaryan isə rus sülhməramlılarına bel bağlamaq haqda danışarkən deyirdi ki, gələcək naməlumdur: “İnsanlar bilmirlər ki, getsinlər, yoxsa qalsınlar, 4 il sonra nə olacağını bilmək çətindir, biz bir həftə sonra nələr olacağını bilmirik”.

Son bir həftədə Xankəndidəki ermənilərin 30 faizi susuz qalıb. Onlar həm də yeni müharibənin olacağından qorxurlar.
"Qarabağa qanunsuz giriş qəbuledilməzdir"Azərbaycan İranın yeni rəhbərliyindən yaxşı ümidlər gözləyir. Fikrimcə, Qarabağ bölgəsinə hər hansı bir qanunsuz səfər və ya fəaliyyət qəbuledilməzdir və qəti şəkildə qınanılmalıdır.

Bunu Avrasiya.net-ə beynəlxalq məsələlər üzrə ekspert, Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz keçməsinə münasibətində deyib.

Onun sözlərinə görə, Azərbaycanln yeni azad edilmiş ərazilərində yük maşınlarının qeyri -qanuni hərəkəti sülhü pozmaqla yanaşı, Azərbaycanın həmsərhəd ərazilərində növbəti təxribatlar üçün Ermənistana şans verəcək: "Ümid edirəm ki, İran hakimiyyəti bu məsələni araşdıracaq. Bu, Azərbaycan üçün ciddi narahatlıq yaradır, çünki yeni azad edilmiş ərazilər, eləcə də bölgədə mina təhlükəsi hələ də qalmaqdadır. Azərbaycan və İran bu məsələni aralarında çözməlidir. Bu hal bir daha təkrarlanmamalıdır. Bir gənclik lideri olaraq demək istərdim ki, qanunsuz olan hər şey qəti şəkildə qınanılır. Bu, yolverilməzdir".

Sülhməramlılar ermənilərə qan verdi - FotoAzərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Xankəndidə ermənilər üçün 40 litr qan verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təxminən 100-ə yaxın rusiyalı hərbçi müraciət edərək könüllü qaydada qan verdilər”, - məlumatda qeyd olunub.
Ermənilərin Qarabağda qurduğu 8 yeni post - FotoHazırda Xocavənd-Xankəndi yolu boyunca, habelə Şuşanın yaxınlığında ermənilərin artıq 8 yeni mövqeyi var.

Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Elçin Alıoğlu məlumat yayıb.

“Hazırda ermənilər Xocavənd şəhəri ətrafında, Nərgizqala və Gülmantəpə yüksəkliklərində, habelə Əmiranlı, Muğanlı kəndlərində və Yuxarı Veysəlli kəndi ilə üzbəüz məkanda mövqelərinin inşasını başa vurublar.

Həmin mövqelərdə iriçaplı silahlar, pulemyotlar, minaatanlar da var”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması hallarının müşahidə olunduğu barədə açıqlama yayıb. Bildirilib ki, Ordumuz adekvat tədbirlər görür və bu kimi hallara imkan vermir.

Eyni zamanda, MN Rusiya Federasiyası sülhməramlı qüvvələrinin üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymasını da tələb etmişdir.
Erməni qoşunları Qarabağa yerləşdirilir - VideoEtibarlı mənbələrdən daxil olan məlumatlara əsasən, son günlərdə Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin Yutub səhifəsində yayımlanan növbəti süjetdə bildirilir.

“Məlumata əsasən, Ermənistan 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyəti qeyd olunan ərazilərə daşıyır. Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı süjetdə:
"Laçın şəhəri boşdur, bir erməni də qalmayıb...”“Laçın şəhəri boşdur, orada bir nəfər də sakin yoxdur, hər yer bağlıdır, mağazalar işləmir. Laçında Rusiya sülhməramlılarının postlarından və keçib gedən avtokolonlardan başqa heç nə yoxdur”.

Bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib. Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki, bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan kolonları keçir.

Əməkdaş Qarabağa uzun sürən ezamiyyətdən qayıdıb, Qubadlı, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl və Zəngilan ərazilərindən keçib.

Razılaşmaya əsasən erməni avtokolonları sülhməramlıların müşayiətilə Laçın yolu ilə Ermənistana həftənin tək günləri, azərbaycanlı kolonlar isə cüt günlər keçir. Azərbaycanlılar bu qrafikə ciddi əməl edir, ancaq ermənilər bu yolla həftənin bütün günləri gedirlər. Çərşənbə axşamı, cümə axşamı və şənbə günləri erməni sürücülər Azərbaycan kolonlarının səhər saat 9:00-da şimaldan cənuba, axşam saat 16:00-da isə cənubdan şimala gedəcəyini gözləyirlər və bu vaxt aralığında hərəkət edirlər, - mənbə bildirib.

O əlavə edib ki, azərbaycanlı və erməni sürücülər rusların tələbi ilə avtomobillərdən milli bayraqları çıxarırlar. Sülhməramlılar deyirlər ki, bu, ona görə edilir ki, yerli əhali onların hərəkətinə mane olmasın. Əvvəllər yol kənarlarında duran mülki şəxslərin avtomobilləri daşa basması halları olub. Azərbaycan güc strukturunun zabiti Laçında ancaq Rusiya bayraqlarını görüb. O, rusiyalı hərbçilərlə söhbət edib. Rusiyalı öz təəssüratlarını bölüşüb, deyib ki, azərbaycanlılarla söhbətlərdə dinc həyatın vacibliyi barədə mülahizələr eşidir. Rusiyalılarla açıq danışan ermənilər isə türkləri necə öldürdüklərindən həvəslə danışırlar.

Rusiya Silahlı Qüvvələrinin bu sülhməramlısı hesab edir ki, Rusiyanın regionda hərbi iştirakı ilk beş ildən çox çəkməyəcək.

Rayonun coğrafi xüsusiyyətlərindən asılı olaraq sülhyaratma postlarının və patrulların sxemi fərqlənir. Əgər dağların yüksək olmadığı Ağdamda (Şelli kəndi ərazisində) rusların mobil patrulları Azərbaycan və Ermənistan hərbi postları arasında hərəkət edirsə, Laçında və Qubadlıda belə şey mümkün deyil. Münaqişə tərəflərinin postları dağların yamaclarında və ya silsilələrində yerləşir, onların arasında rusların patrul çəkməsi üçün yol yoxdur və müharibə edən orduların əsgərləri bir-birinin qarşısında dayanırlar.

Həmsöhbətimiz Kəlbəcərdə çoxlu azərbaycanlı fermer görüb. Onlar özlərinə məxsus kənd təsərrüfatı heyvanları sürüsü və arı pətəklərinin yaxınlığında çadırlarda yaşayırlar.

2021-ci il mayın 20-də prezident İlham Əliyev bildirib ki, Qarabağda rusiyalıların müdafiəsi altında 25 min erməni əhali yaşayır. (Turan.az)
Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib.

Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliknika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.
Sərhəddə atışma: daha bir erməni əsgər yaralandıAzərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində ermənilərin atəşkəs rejimini pozmasına Ordumuzun verdiyi cavab nəticəsində hələlik bir ermənininin yaralandığı açıqlanıb.

Bu barədə Ermənistan MN açıqlama yayıb.

Düşmən atışmanın səhər saatlarında (8:40) olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan MN bu gecə saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, ötən gün baş verən atışmada 3 erməni əsgər məhv edilmiş, 5-i yaralanmışdı.
4 erməni hərbçisinin meyiti tapıldıQarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb.

Meyitlərin qalıqları Füzuli rayonu ərazisində aşkarlanıb. Ölən hərbçilərin şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Bildirilir ki, münaqişə zonasında bu günədək ümumilikdə 1615 erməni hərbçinin cəsədi və yaxud meyitinin qalıqları tapılıb.