İran və Rusiya Zəngəzur dəhlizinə qarşı çıxdı...
ABŞ prezidenti Donald Trampın təşəbbüs və iştirakı ilə Vaşinqtonda Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizinin (Tramp yolu) açılması, dəhlizin 99 il müddətinə ABŞ şirkətinə nəzarətinə verilməsinə rəsmi şəkildə qəti etiraz edən təkcə Tehran dövləti (İran) oldu. Hələ Vaşinqtonda görüşə qədər İran və Rusiyanın razılaşmalara etiraz edəcəyinin ehtimalı yüksək idi. Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova Ermənistan Azərbaycan liderlərinin Vaşinqton görüşünə və razılaşmalara özündə narazılıq hiss etdirən yumuşaq reaksiya verdi. İranın isə sərt və müharibə hədəsi isə artıq diplomatik etirazdan da çox kənara çıxdı.
İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə qarşı "Tehran bütün gücü və imkanları ilə dəhlizin açılmasına mane olacaq. İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Biz bunu ya Rusiya ilə, ya da təkbaşına edəcəyik." - deyə bildirib.
Vilayəti əlavə edib ki, Azərbaycanla Naxçıvan arasında keçidi təmin etmək üçün dəhlizə ehtiyac yoxdur:
“Cənubi Qafqaz Trampın icarəyə verə biləcəyi daşınmaz əmlak deyil. Əgər Ermənistan rəhbərliyi bu qərarını dəyişməsə, bu bütün bölgə üçün yeni çağırış olacaq. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək.”
Vilayətinin sözlərinə görə, məsələ Rusiyanın iştirakı ilə də müzakirə olunmalıdır:
“Biz bu məsələdə Rusiya ilə birgə hərəkət edə bilərik. Lazım gələrsə, bölgədə müharibə də qaçılmaz olacaq.”
Şübhə yoxdur ki, İran və Rusiya koordinasiyalı şəkildə çıxış edir. Rusiyanın "narazılıq hiss etdirən yumuşaq reaksiya" təbii ki, Trampın Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün Rusiyaya verdiyi 10 günlük müddətin bitməsi və Tramp Putin görüşünə hazırlıq ərəfəsində gözlənilən danışıqlarda müsbət atmosfer yaratmaq niyyətindən irəli gəlir. Ancaq, bu dəqiqdir ki, Tramp Putin görüşü Rusiyanı qane etməsə Rusiyanın da "Tramp yoluna" ciddi etirazı və Ermənistanda Paşinyan hakimiyyətinə qarşı ciddi təxribatlar və dövlət çevrilişi görə bilərik.
İranın "Tramp yoluna" qəti etirazı ənənəvi sərt ritorikadan kənara çıxarsa, İranın yenidən vurulması ehtimalı əhəmiyyətli dərəcədə artır. İranın Zəngəzur dəhlizinə real hərbi müdaxiləsi olarsa hansı ki, ehtimalı çox aşağıdır, NATO üzvü kimi Türkiyənin də konfliktə qarışması qaçılmaz olur. Əlavə olaraq isə Şuşa Bəyannaməsi də Türkiyənin Azərbaycanın yanında olmasını şərtləndirir.
Qaldı ki, İranın
"... bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək.” - əməliyyatına Rusiyanın qoşulacağı və ümumiyyətlə Rusiyanın İranın yanında açıq və ya birdə iştirakı mümkünsüzdür. Bu hal bütün NATO-nun müharibəyə müdaxiləsi olar. Nəticə isə nə Rusiya və nə də İran üçün arzuolunan deyil.
Vüqar Dadaşov
Son xəbərlər
