Sizin Reklam Burada

Xankəndidə yıxılan bədheybətlər…

Xankəndidə yıxılan bədheybətlər…Azərbaycan addım-addım, pillə-pillə 30 il ərzində səbrimizi tarıma çəkən, ötən əsrin əvvəllərindən qucağımızda xəyanət yuvasına çevrilən, ana südü kimi halal torpaqlarımızdan separatizmin izlərini silir. İlahi ədalət bərqərar olur. Qisasın qiyamətə qalmayacağı milli iradəmizin ifadəsiylə öz təsdiqini tapır.
Xankəndidə, separartizmin, Azərbaycana qarşı düşmənçiliyin, terrorizmin yuvasına çevrilmiş “arsaxı azad etmiş döyüşçülər ittifaqı”nın, eləcə də 5-10 qaçaq-quldurun öz ağır cinayətlərinə “hüquqi don” biçməyə çalışdıları “parlament” binalarının sökülməsi, torpaqlarımızdan separatizmin izlərinin silinməsi ilə yanaşı, həm də özbaşınalığa, qanunsuzluğa son qoyulmasıdır.

Bu eybəcər tikililər qanunsuz olmaqla yanaşı, həm də şəhərin arxitektur quruluşu ilə qətiyyən üst-üstə düşmür, ümümi ansablda yad “alət” kimi görünürdü. Yəni, elə bil muğam üçlüyünə “trombot” əlavə etmisən...

Qeyd edim ki, separatçıların “parlament” adlandırdığı rəzalət yuvası 2007-ci ildə tikilib. Sözügedən eybəcər daş yığınının “açılış” mərasimində həmin dövrdə Ermənistan parlamentinin sədri olan Tiqran Torosyan bəyan etmişdi ki, “bu bina Dağlıq Qarabağ Respublikasının toxunulmazlığının daha bir sübutu, möhtəşəm hadisə, unudulmaz andır”. “Unudulmaz an”, qənaətimə görə, indi baş verir. İndi Xankəndidə qanunsuz tikililərin sökülməsinin Tiqran Torosyanla yanaşı separatçılar, onları “doğub-törədənlər”, himayə edənlər üçün ağrılı-acılı xatirəyə, göz dağına çevrildiyini deyə bilərik.

Yaxşı xatırlayıram, bir vaxtlar Türkiyədə, qardaş ölkənin Ermənistanın hələ də hansısa əfsanə və nağıllara istinad edərək “Qərbi Ermənistan” adlandırdığı ərazilərində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək üçün “etməni-türk dostluğu” səmum yelləri əsdiriləndə, bu məqsədlə ucaldılan “abidəyə” Rəcəb Tayyib Ərdoğan “ucube” adını vermişdi... “Ucube” Türkiyə türkçəsində “heyratamiz dərəcədə eybəcər”, “çirkin”, “mənsub olduğu növə bənzəməyən bədheybət” anlamını verir. Düşünürəm ki, “bədheybət” sözü Xankəndində separatçıların zinadan törəyən tikililərinə daha çox uyğun gəlir.

Beləliklə, tarixi Azərbaycan torpağı bədheybətlərdən də xilas oldu və əminəm ki, burada inşa ediləcək yeni tikililər Azərbaycan xalqının yüksək mədəniyyətinin və zövqünün növbəti nümunələrinə çevriləcək.

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər