İrandan şok: Zəngəzurun açılmasına mane olacağıq.

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

"Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək", - deyə Vilayəti bildirib.

O deyib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub. Trampın "başqa ölkədə dəhliz icarəyə götürmək" ideyasını "sadəlövhlük" adlandıran Vilayəti bunu Panama kanalının icarəyə götürülməsinə bənzədib.

Vilayəti iddia edib ki, layihə artıq Ermənistan cəmiyyətində narazılıq doğurub. Onun sözlərinə görə, heç bir xalq öz ərazisinin parçalanmasına razı olmaz, Nikol Paşinyan da Tehrana səfəri zamanı bu mövqeyi bölüşüb və dəhlizin təhlükəli, konspirativ xarakter daşıdığını etiraf edib.

Bu təşəbbüsün Cənubi Qafqazın təhlükəsizliyinə "təhdid" olduğunu iddia edən Vilayəti qeyd edib ki, İran bölgənin təhlükəsizlik maraqlarına əsaslanaraq buna mane olacaq. Onun fikrincə, Rusiya da strateji baxımdan bu dəhlizin əleyhinədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər