Tərtərdə it sahibini parçaladı
Dərc olunub:
9-08-2025, 21:07
Tərtərdə 34 yaşlı kişini saxladığı it parçalayıb.
Hadisə rayonun Hacı Qərvənd kəndində baş verib. Həmin kəndin sakini Elçin Məmmədov həyətində saxladığı itin hücumuna məruz qalıb. İt ona ağır xəsarətlər yetirib.
E.Məmmədov Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır