Sizin Reklam Burada

Xocalı ədalət tələb edir!

Xocalı ədalət tələb edir!Son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə İkinci Qarabağ - Vətən müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandı və beləliklə də bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.

Lakin bunlara baxmayaraq, biz qan yaddaşımızı, tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanları, törədilmiş soyqırım aktlarını unutmamalı, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəslə çatdırılmasında hərtərəfli fəaliyyət göstərməli, eyni zamanda, tariximizdə, ədəbiyyatımızda, folklorumuzda, bütövlükdə mədəniyyətimizdə hər zaman bu işlərə yer verməli, bu tarixi nəsildən-nəslə ötürərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verməməliyik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O, təəssüflə qeyd edib ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər ötən əsrin sonlarında davam etdirilmiş və Azərbaycan tarixində qanlı yaraya çevrilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdır. 32 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

Şəhərin işğalı nəticəsində sosial-məişət obyektləri, fərdi yaşayış binaları ilə yanaşı, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

“Beləliklə, insanlarımız heç bir əxlaqa sığmayan işgəncələrə məruz qaldılar, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə tapdalandı. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərib.

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”, - deyən Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində bu gün də davamlı olaraq addımlar atılmaqdadır. Bu işi 2008-ci ildən etibarən “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya çərçivəsində geniş təbliğ edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva öz ardıcıl əməyi ilə gənc nəslimizi bu faciə barədə məlumatları beynəlxalq aləmdə daha çox yaymağa həvəsləndirdi”, - deyə deputat vurğulayıb.

O bildirib ki, bu il artıq Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən təskinliklə qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə ölkəmizin hərtərəfli inkişafına xidmət edəcək yeni strategiyanı müəyyən etməkdəyik.

Ulu Öndərin yaratdığı müasir Azərbaycanın qorunması məhz yeni nəslimizə miras qoyulub və hər bir Azərbaycan vətəndaşı müstəqilliyin, Azərbaycan tarixinin zəngin inkişafının təməl prinsiplərinin qorunmasında bundan sonra daha ardıcıl fəaliyyət göstərməlidir.

“Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar 32 ildən sonra evlərinə qayıdırlar. Xocalı şəhərində qurulacaq yeni abidələrlə, salınacaq yeni parklarla, həyat üçün zəruri olan yaradılacaq infrastrukturla Xocalı faciəsində dünyasını dəyişmiş insanlara hamılıqla öz ehtiramımızı bildirəcəyik.

Bu gün qalib xalqın yeganə istəyi, Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımlarının və qırğınların qarşısının alınmasıdır”, - deyə Məzahir Əfəndiyev bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər