Qarabağda separatçıların liderlərindən biri məhv edildi - FOTOAzərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilib.

Avrasiya.net xəbər verir ki, məlumatı “Novosti Armenii - news.am” yayıb.

Bildirilib ki, o, Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumata əsasən, Ermənistan hakimiyyəti döyüşə yeni qüvvə cəlb etməkdə çətinlik çəkir. Ölkə vətəndaşları öz övladlarını döyüşə göndərmək istəmir. Erməni icmasının nümayəndələri də döyüşdən yayınır, Qarabağdan qaçırlar. “BBC”nin məlumatına əsasən, minlərlə erməni Qarabağı tərk edib. Ermənistan hakimiyyəti onların bir hissəsini Gorusda yerləşdirib.
Ermənilərin Qarabağdan qaçdığı təsdiqləndiAzərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin ərazini kütləvi formada tərk etdikləri təsdiqlənib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “ombudsman”ı Artak Beqlaryan bölgədən 70 000-75 000 nəfərin qaçdığını bildirib.

“İlkin rəqəmlərə görə, insanların 50 %-i Qarabağdan Ermənistana gedib”, - o deyib.

Livan erməniləri Qarabağı tərk edibQarabağda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları rəsmi Yerevanın bölgəyə köçürdüyü ermənilər arasında panikaya səbəb olub.

Modern.az xəbər verir ki, bu ilin əvvəllərində Livandan Şuşaya köçürülən Livan erməsini Toni Hacara ailəsi ilə birlikdə Qarabağı tərk edib.

Şuşada aşpaz işlətən Hacara oktyabrın əvvəllərində həyat yoldaşı və qızı ilə birlikdə Qarabağı tərk edərək, Ermənistanın paytaxtı Yerevana gedib.

Onun Qarabağı tərk etməsinin səbəbi həm təhlükəsizliklə, həm də Qarabağda yaşamağın mümkünsüzlüyü ilə bağlıdır.

Yerevandan Qarabağa köçü planlaşdırılan daha 3 ailə Azərbaycan Ordusunun uğurlu əks-hücumları fonunda Qarabağa gəlməkdən imtina edib.

Paralel olaraq, Qarabağa bir neçə il əvvəl köçürülmüş Suriya erməniləri də işğal altındakı torplaqları tərk etmək niyyətini bildiriblər.
Xocalı rayonunda düşmənə ağır zərbə endirilirXəbər verdiyimiz kimi, Ordumuzun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən ermənilərə məxsus mərkəzi silah-sursat anbarı məhv edilib.

Axar.az xəbər verir ki, Ballıca Xocalı rayonunun inzibati ərazi vahidliyinə daxildir. Ermənilər oranı “Ayqestan” adlandırır.

1992-ci ildən Ermənistan slahlı qüvvələrinin işğalı altındadır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı isə 1091 nəfər təşkil edirdi.

Xocalı rayonunun sözügedən kəndi Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Adını ərazidəki eyniadlı çaydan alıb.

Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub.
Xankəndi qaranlığa qərq olub, əhali şəhəri tərk edirErmənistanın işğal etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) keçmiş paytaxtı Xankəndidə (Stepanakert) əhali şəhəri tərk edir. İndi orada əsasən kişi əhalisinin bir hissəsi qalıb.

Avrasiya.net bildirir ki, bu barədə “Sputnik Armeniya” və digər erməni KİV-ləri məlumat yayıblar.

Ermənistan KİV-ləri bildirir ki, Azərbaycan kanonadasının gurultusu şəhərdə getdikcə daha yaxından və ucadan eşidilir.

Şəhərin əhalisi qələbəyə ümidini itirib və separatçı hakimiyyətin tezliklə süqut edəcəyini gözləyir. Keçmiş DQMV-nin paytaxtı qaranlıqda qalıb-mənzillərdə işıq kəsilib, tez-tez hava həyəcanı siqnalı verilir və hətta qalan kişi əhalisi də zirzəmilərdə gizlənməli olur…
Gorus-Xankəndi yolu darmadağın olunduAzərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.

Avrasiya.net xəbər verir ki, Qarabağı Ermənistana birləşdirən yeganə fəaliyyətdə olan yol – Gorus-Xankəndi yolu darmadağın edilib. Yolun Laçın rayonunu mərkəzinə gedən hissəsində, işğal altındakı Aşağı Sus kəndi yaxınlığında Həkəri çayı üzərindəki körpü Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları tərəfindən məhv edilib.

Beləliklə, Ermənistandan Qarabağa canlı qüvvə və s. təchizatı təmin edən Gorus-Xankəndi yolunda hərəkət tamamilə dayanıb. Hazırda əraziyə tələsik cəlb olunan erməni mühəndisləri körpünün bərpası üçün işlərə başlayıb.
Xocavəndin işğalından 28 il ötürXocavəndin işğalından 28 il ötür.

Avrasiya.net xəbər verir ki, 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənistan silahlı işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulan maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 nəfər kənd sakini girov götürülüb. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib. Ümumilikdə, xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Amma torpaqlarımızın işğaldan azad olunacağı günə az qalıb. Sentyabrın 27-dən bütün cəbhə boyu əks-hücum əməliyyatı aparan Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızın bir hissəsini işğalşılardan azad edib. Tezliklə Xocavənddə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.
Ermənilər Qarabağı  TƏRK EDİRAzərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından sonra Qarabağ erməniləri kütləvi şəkildə regionu tərk edir.

Modern.az Rusiyanın “İzvestiya” qəzetinin yerli müxbirinə istinadən xəbər verir ki, hazırda Xankəndindən dinc əhalinin Ermənistan köçürülməsi prosesi başlanıb. Onlar avotbus və avotomobillərlə Yerevana göndərilir.

“Bizi Yerevana göndərirlər. Orada nə tanışımız, nə qohumumuz yoxdur. Amma bizi qarşılayacaqlarını və Ermənistan hökumətinin bizi sığınacaqlara yerləşdirəcəyi söylənilib”-deyə Xankəndi şəhərini tərk edən sakinlərdən biri söyləyib.

Köç prosesinin miqyası böyük olduğu üçün bəzi ermənilər polis maşnları vasitəilə yola salınır. Yaxın günlərdə cəbhədə erməni qüvvələrinin uğursuzluqlarının davam edəcəyi halda, Xankəndi şəhərinin tamamilə boşaldılması gözlənilir.
Qarabağı Ermənistana birləşdirən yol DARMADAĞIN EDİLİBAzərbaycan Ordusunun Qarabağda keçirdiyi uğurlu əks-hücum əməliyyatları davam edir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin, o cümlədən döyüş dronlarının zərbələri nəticəsində Ermənistanı Qarabağa birləşdirən Vardenis-Ağdərə yolu tamamilə darmadağın edilib. Yolda nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Hazırda Ermənistanla Qarabağa arasında yeganə əlaqə Gorus-Xankəndi yolu ilə həyata keçirilir.