Erməni təxribatı: Ordumuz dərhal hərəkətə keçdiFevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.
Ermənilər ordumuzu iki istiqamətdə atəşə tutduAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Habelə, məlumatda bildirilib ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub:

"Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb".
"Azərsu" Qarabağla bağlı builki planlarını açıqlayıbBu il "Azərsu" ASC Şuşa şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işləri davam etdirəcək, Ağdam şəhəri və 33 kəndin, Füzuli şəhəri və 18 kəndin, Cəbrayıl şəhəri və 24 kəndin, Zəngilan şəhəri və 21 kənd və qəsəbənin, Qubadlı şəhəri və 23 kəndin içməli su su təminatı məqsədi ilə su mənbələrində hidrogeoloji və hidroloji tədqiqat, su təchizatı və tullantı su şəbəkə və qurğularının layihələndirilməsi işləri aparacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun işğal olunmuş torpaqları düşmən tapdağından azad etməsindən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə ölkə üzrə içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin yaxşılaşdırılması istiqamətində layihələrin icrası uğurla həyata keçirilib.

2021-ci ildə Şuşa şəhəri, Hadrut qəzəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında, həmçinin Talış və Suqovuşan qəsəbələrində içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil olunub. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 54 km içməli su xətləri çəkilib, 1 ədəd subartezian quyusu qazılıb və 2 ədəd subartezian quyusu əsaslı təmir olunub. Bununla da 350-dən çox obyekt içməli su ilə təmin edilib.

Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin içməli su təchizatı, tullantı, yağış sularının idarə olunması sistemlərinin yaradılmasının texniki iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədi ilə işçi qruplar yaradılıb. İşçi qrupuna müvafiq dövlət təşkilatlarının və “Azərsu”yun mütəxəssisləri cəlb olunub. Hazırda işçi qruplar ilkin layihə sənədlərini hazırlanması üzərində iş aparır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Qarabağın bərpası üçün vəsait müəyyənləşəcək -  QƏRAR2026-cı ilə qədər azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.

Avrasiya.net-in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2023-2026-cı illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!Yanvarın 24-dən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.

Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Axar.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən ilkin mərhələdə vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama bilet ala bilərlər. Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

İşğaldan azad olunmuş ərazilərdə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib. Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir.

Sərnişinlər avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Regional İnkişaf İctimai Birliyinin könüllüləri və ASAN könüllər tərəfindən müşayiət edilir.

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Bakı-Şuşa-Bakı istiqamətində 47 (1 reys), Əhmədbəyli-Şuşa-Əhmədbəyli 69 (3 reys), Bakı-Ağdam-Bakı 67 (2 reys), Bərdə-Ağdam-Bərdə istiqamətində isə 76 (2 reys) sərnişin daşınıb.

Bilet satışı davam edir.

Qarabağa getmək istəyənlərə vacib xəbər“Yolumuz Qarabağa” layihəsi çərçivəsində Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reyslərinə bilet almış Azərbaycan vətəndaşlarının biletləri qaytarmaq yaxud dəyişdirməsi üçün proseduralar müəyyən edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, biletlərin qaytarılma və ya dəyişdirilməsi qaydaları Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən müəyyənləşib:

“Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 6-cı bəndində bilet satışının təşkili, gediş haqqının ödənilməsi qaydasının şərtləri müəyyən edilib. Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədini təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 %-ni əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 %-ni çıxmaqla ödənilmiş məbləği geri ala bilər.

Sərnişin avtobusun yola düşməsinə 2 saat qalmış bileti kassaya qaytarırsa bu halda, əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödəniş məbləği geri qaytarılır. Sərnişin avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda bileti kassaya geri qaytarırsa, biletin dəyərinin 15 %-i və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödəniş məbləği geri alına bilər.

İşğaldan azad olmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir”.

Xatırladaq ki, yanvarın 24-də azad edilmiş ərazilərə müntəzəm avtobus reysləri təşkil olunub.

Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.

Şuşaya gedən avtobuslara bu qədər bilet satıldıBu gündən Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, fevralın 15-nə qədər sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb.

Bakı-Ağdam-Bakı marşturu üzrə isə bilet satışı bir qədər zəifdir. Belə ki, sərnişinlər bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər. Eyni sözü Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə həyata keçirilən avtobus reysləri haqqında da demək olar.

Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

Bu gündən Qarabağa avtobuslar fəaliyyətə başlayır“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində bu gündən Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır.

Avrasiya.net xəbər verir ki, Ağdama getmək istəyənlər üçün biletlər satışdadır. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur.

Bilet satışı real rejimdə həyata keçirildiyi üçün statistika dəyişir. Ehtiyac olarsa prosesin gedişində avtobusların və satışa çıxarılacaq biletlərin sayı artırıla bilər.

Səfər bir gün ərzində həyata keçiriləcək və gedənlər təyin olunmuş vaxtda geri qayıtmalıdırlar.

Avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.

Ağdama səfərlər şəhər mərkəzi daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə təşkil olunur. Səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında keçirilir.
Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqlayıbErmənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsi həmçinin qeyd edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.

Şuşaya gedənlərin diqqətinə: polis müşayiət edəcəkİşğaldan azad olunmuş ərazilərə marşurut avtobuslarının hərəkəti DİN əməkdaşlarının müşayiəti ilə təşkil olunacaq.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir avtobusda polis əməkdaşları əyləşəcək:

“Şuşa və Ağdamda gəziləcək, görüləcək yerlərlə bağlı ANAMA ilə müvafiq işlər görülüb. Planlar hazırlanıb və göndərilib”.