Yevlaxda dava: yeniyetmə 37 yaşlı kişini öldürdü
Dərc olunub:
4-08-2025, 10:27
Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Fakt araşdırılır.