Sizin Reklam Burada

"Böyük Qayıdış proqramı uğurla reallığa çevriləcək"

"Böyük Qayıdış proqramı uğurla reallığa çevriləcək"“Qarabağın və şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq” – cari ilin oktyabr ayının 5-də işğaldan azad edilmiş Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən cənab Prezident çıxışı zamanı bu fikirlərə yer vermişdi.

40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə keçirilmiş bu Forumda çıxış edən ölkə başçımız 30 ilə yaxın müddət ərzində tarixi torpaqlarımızı işğal altında saxlayan Ermənistanın həmin ərazilərdə törətdiyi vandalizm siyasətindən və törətdiyi dağıntılardan geniş bəhs etdi. Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, ermənilər tərəfindən ərazilərimizdə törədilmiş dağıntılar müharibə zamanı deyil, məhz müharibədən sonrakı dövrə təsadüf edir. 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli ordumuzun əldə etdiyi zəfərdən sonra düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edildi.

Təəssüflər olsun ki, işğaldan azad edilmiş ərazilərimizdə mənfur düşmənin törətdiyi barbarlıq və vandallıq hər bir vətəndaşımızı dərindən üzmüşdür. Ortaya çıxan mənzərə mənfur düşmənin əsl simasını bütün dünyaya nümayiş etdirmiş oldu. Belə ki, yaşayış yerlərimizdə daşı daş üstündə qoymayan mənfur düşmən şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi-dini abidələrimiz dağıdılmışdır. Bütün bunlar erməni vəhşiliyinin bütün dünyaya nümayişi ilə yanaşı törətdikləri dağıntılarla işğal edilmiş ərazilərin onlara məxsus olmadığının bariz sübutu idi.

Ermənistanın törətdiyi dağıntılar heç bir zaman bizi ruhdan salmadı, əksinə qurub yaratmaq əzmimizi daha da artırdı. Müharibə bitdikdən sonra qısa vaxt ərzində dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtması üçün bərpa və quruculuq işlərinə start verdi. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görüldü.

Belə ki, Azərbaycan dövləti tərəfindən ilk növbədə ərazilərimiz minalardan təmizlənməyə başlanıldı. Sonrakı mərhələdə isə avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edildi. Eyni zamanda azad edilmiş bölgələrdə elektrik, qaz və su xətləri çəkilmiş, yeni hava limanları inşa edilmişdir. Həyata keçirilən infrastruktur layihələri nəticəsində biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünyaya göstərmiş olduq.

Böyük Zəfərlə bitən Vətən müharibəsindən artıq iki il keçir. Əldə edilmiş qələbə nəticəsində artıq regionda yeni reallıqlar ortaya çıxmışdır. Ötən müddət ərzində baş verən hadisələr nəticəsində bu gün biz yeni çağırışlarla üz-üzəyik. Cənab prezidentin də qeyd etdiyi kimi bu çağırışlar Azərbaycan üçün, xalqımız üçün xoş çağırışlardır. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə dövlət başçımızın şəxsi nəzarəti altında böyük işlər görülür. Əminik ki, İlham Əliyev cənablarının rəhbərliyi altında qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra ediləcək və Böyük Qayıdış proqramı uğurla reallığa çevriləcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər