star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Şuşada Türkiyənin konsulluğunun açılması mütləqdir

İşğaldan azad olunan istənilən şəhər və rayonlarımızın birində, xüsusilə də Qarabağın simvolu hesab edilən Şuşada, Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması, əlbəttə ki, hər iki ölkə açısından böyük hadisə ola bilər və bunun xüsusilə də Azərbaycan üçün siyasi baxımdan əhəmiyyəti var.

Bunu Avrasiya.net-ə politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib, Azərbaycan və Türkiyə arasında, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi var və bu bəyannamə məhz Şuşa şəhərində qəbul edildi və" Şuşa Bəyannaməsi" adı ilə bir tək iki qardaş ölkə arasında münasibətlərin inkişafında dərinliyi nümayiş etdirməklə bitmir, həmçinin və xüsusilə də,regionda geosiyasi münasibətlər balansının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir:

"Şuşada Türkiyənin konsulluğunun açılması da, bu bəyannamənin praktik nəticələrindən biri ola bilər. Konsulluğunun reallaşması bir çox sahələrdə bölgəyə faydalı olacaq və xüsusilə də işğaldan azad olunan cografiyanın beynəlxalq səviyyədə inkişafına təkan verə bilər. Şuşa kimi strateji əhəmiyyətli bir şəhərdə Türkiyənin konsulluğunun fəaliyyət göstərməsi, əlbəttə ki Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və nüfuzunun artması deməkdir. Bu səbəbdən, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə təsir edə bilər, ehtimalı ola bildiyindən və digər səbəblərdən, "Zəngəzur dəhlizi"nin reallaşması istiqamətində əldə olunan razılaşmalara əks təsir göstərə bilər, ehtimalları konsulluğun reallaşmasını yubada bilər. Ermənistanla sülh danışıqları prosesi və yekun sülh sazişinin imzalanması prosesi və "Zəngəzur dəhlizi"nin reallaşması prosesi, Azərbaycan və Türkiyə üçün konsulluğun açılmasından daha vacib olduğunu nəzərə alsaq, konsulluğun açılmasında gecikmələri anlamaq çətin deyil. Bu baxımdan Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması məsələsi ilk növbədə zaman məsələsidir və qarşıda duran maneələr aradan qaldırılandan sonra, bu istiqamətdə proseslər davam edəcək, düşüncəsindəyəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər