Qoşulmama Hərəkatına üzv olan 60-a yaxın ölkənin gənclərinin Şuşaya səfəri başlayıb
Dərc olunub:
29-07-2022, 11:33
İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirir.
Qoşulmama Hərəkatına üzv olan 60-a yaxın ölkənin gəncləri bu gün Füzuliyə gediblər.
Tədbir iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Bildirilib ki, Qarabağın “hava qapısı” adlandırılan hava limani ən müasir səviyyədə inşa olunub. Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
Hava limanı ilə tanışlıqdan sonra tədbir iştirakçıları Şuşa şəhərinə yola düşüblər.