star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" təşkil olunur

Bu gündən avqustun 8-dək Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur.

Bu barədə Avrasiya.net-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edir. Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq olacaq. Burada ölkənin tarixi və mədəni irsinə dair kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənəcək.

Ziyarətçilər qədim sənətkarlıq ənənələrini əks etdirən əl işləri ilə də tanış ola biləcəklər. Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri” adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və kəlağayı nümunələri nümayiş olunacaq. Həmçinin, xalçatoxuma, şəbəkə sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Sərgi zonasının kulinariya bölməsində milli mətbəxin ənənəvi yeməkləri və şirniyyatları təqdim olunacaq, Azərbaycanın qonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.

Bu gün konfransın açılış mərasimi çərçivəsində qala-konsert təşkil ediləcək.

6 avqustda “Azərbaycan Milli Günü” münasibətilə konsert proqramı, 8 avqustda isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun konsert baş tutacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər