star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycanın Qızılbaş mədəniyyəti Torontoda nümayiş olundu - FOTO

Qızılbaş Qlobal İrsi Təşkilatı (QQİT) Kanadanın Toronto şəhərində yüksək səviyyəli mədəni nahar tədbiri keçirib.

Tədbirin əsas məqsədi Azərbaycanın tarixi və mədəni irsini, xüsusilə Qızılbaş icmasının qədim köklərini dünya ictimaiyyətinə tanıtmaqdır.

Avrasiya.net xəbər verir ki, tədbirə Kanadanın federal naziri, parlament üzvləri, senatorlar, Azərbaycanın Kanadadakı səfiri, diplomatlar, tanınmış həkimlər və Azərbaycan-Türkiyə diasporasının nüfuzlu nümayəndələri qatılıb.

QQİT-nin sədr müavini Dr. Arşi Qızılbaş çıxışında Qızılbaş icmasının Azərbaycan torpaqlarında formalaşmış dərin tarixi və mədəni irsindən danışıb. O, təşkilatın əsas məqsədinin qlobal Qızılbaş icmalarını birləşdirmək və onların mədəni kimliyini beynəlxalq səviyyədə təbliğ etmək olduğunu bildirib. Eyni zamanda təşkilatın BMT daxil olmaqla bir sıra beynəlxalq qurumlarda rəsmi tanınma istiqamətində fəal fəaliyyət göstərdiyini qeyd edib.

Tədbir zamanı müasir Azərbaycanın inkişafını və zəngin mədəniyyətini əks etdirən təqdimat videosu nümayiş etdirilib. Ardınca ənənəvi Azərbaycan rəqsləri nümayiş olunub.

Tədbir iştirakçıları Qızılbaş irsi və Azərbaycanın bu mədəniyyətin doğma məkanı olması haqqında təqdim edilən məlumatlara böyük maraq göstərib və daha dolğun anlayış əldə ediblər.

Tədbirlə bağlı məlumat Qızılbaş Qlobal İrsi Təşkilatının sədri Babək Hüseynli tərəfindən yerli və beynəlxalq media orqanlarına təqdim olunub. Babək Hüseynli tədbirin Azərbaycan mədəniyyətinin və Qızılbaş irsinin dünya miqyasında tanıdılması baxımından önəmli olduğunu vurğulayıb. O, təşkilatın bu mirası gələcək nəsillərə çatdırmaq, beynəlxalq platformalarda təbliğ etmək və Qızılbaş icmalarını vahid dəyərlər ətrafında birləşdirmək istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Bu tədbir həm də mədəni diplomatiyanın gücləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və Qızılbaş mədəniyyətinin qorunub saxlanması baxımından mühüm hadisə kimi dəyərləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər