Sizin Reklam Burada

"Hamımızda qürur hissi doğuran bu möhtəşəm hadisəyə sevinməmək mümkün deyil"

"Hamımızda qürur hissi doğuran bu möhtəşəm hadisəyə sevinməmək mümkün deyil"Bəli, hamımızın çoxdan gözlədiyimiz, zəngilanlıların isə hamıdan çox gözlədiyi o möhtəşəm gün gəldi. Uzun illərin həsrətindən, gözləntisindən sonra Böyük Qayıdışa start verildi. Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Biz hamımız Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışın ilk mərhələsinin şahidi oluruq. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz kimi bu gün Zəngilanın Ağalı kəndinə qayıdışın başlanması da olduqca mühüm tarixi hadisədir. Hamımızda qürur hissi doğuran bu möhtəşəm hadisəyə sevinməmək mümkün deyil. Biz bu sevincli anları öz canları, qanları bahasına bizə yaşadan şəhidlərimizə, qazilərimizə hər zaman minnətdar olacağıq.

30 ilin məşəqqətlərindən sonra bu gün soydaşlarımızın yurd həsrətinə son qoyulması həm siyasi, həm də mənəvi-psixoloji baxımdan olduqca əhəmiyyətli hadisədir. 44 günlük müharibə bitəndən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü və daimi nəzarəti ilə həm Qarabağda, həm də Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və quruculuq işlərinə start verilməsinin ilkin nəticələri artıq özünü göstərməkdədir. Yollar çəkilir, hava limanları tikilir, məktəblər və xəstəxanalar bərpa edilir. Bir sözlə, bu saat Qarabağ və Şərqi Zəngəzur əsrin nəhəng tikinti meydançasını xatırladır.

Məcburi köçkünlük həyatına son qoyulan soydaşlarımızın qayıdışı üçün də layihələr həyata keçirilir. Bu istiqamətdə ilk olaraq Zəngilanın Ağalı kəndində bərpa olundu. Mən bu yaxınlarda o kənddə oldum və orada görülən işlərlə gerçəkdən də qürur duydum. Bu kənd bütünlüklə “Ağıllı kənd” konsepsiyası əsasında qurulub və bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Bu gün bu istiqamətdə ilk addım atıldı, 58 nəfərdən ibarət 10 ailənin Ağalı kəndinə köçürülməsinə start verildi.

Mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm, zəngilanlı bacı və qardaşlarımızı təbrik edirəm, Ağalıya ilk köçən insanlarımızı təbrik edirəm. Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə də təşəkkür edirəm. Çünki məhz onun qətiyyəti və iradəsi nəticəsində Vətən müharibəsindəki qələbəmizdən sonra əzəli və əbədi torpaqlarımıza qayıdış hədəfimiz gerçəkləşməyə başlayır. İnşAllah işğaldan azad olunan ərazilərin hər yerində bu cür qayıdış sevincinin şahidi olacağıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər