Sizin Reklam Burada

Zəngəzur dəhlizinin başlanğıc nöqtəsi – Zəngilan rayonu

Zəngəzur dəhlizinin başlanğıc nöqtəsi – Zəngilan rayonuArtıq torpaqlarımızın işğaldan azad olunmasının ikinci ildönümlərini qeyd edirik. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsinin 23-cü günü növbəti Zəngilan rayonu və bir neçə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğal edildikdən sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

İşğaldan sonra ermənilər tarixi saxtalaşdırmaq məqsədilə həmin torpaqlarda yerləşən bir sıra fini-tarixi abidələri məhv etmişdirlər. Zəngilan rayon u bir sıra faydalı qazıntılarla da zəngindir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

Zəngilan rayonunun növbəti işğalı 1993-cü il oktyabrın 30-da Erməni silahlı qüvvələri tərəfindən oldu. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

İşğal altında qaldığı 27 il ərzində erməni vandallığının qurbanı olan Zəngilan rayonun ərazisində yerləşən dini-tarixi abidələr İmam Hüseyn məscidi (XVII əsr), Malatkeşin kəndində Məscid (XIX əsr), Qırıq Muşlan kənd Məscidi (XIX əsr) , Muşlan kənd Məscidi (XIX əsr), Rəzdərə kənd Məscidi (XIX əsr), Xanazor və Yeməzli kəndlərində Alban kilsələri məhv edildi. Bundan başqa çoxlu sayda ziyarətgahlar və dini inanc yerləri, tarixi memarlıq abidələri bu vəhşi vandalizmin qurbanı oldu

2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlandı. Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulmaqla və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad etməklə Zəngilan rayonunun inzibati hüdudlarına çatdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədr müavini. Şəhid atası

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər