Van Dammın gəlini Şuşadan paylaşım etdi - Foto
Dərc olunub:
15-11-2025, 18:13
Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Şuşaya gedib.
Bununla bağlı Suada sosial media hesabında paylaşım edib.
“Ürəyimdə əbədi həkk olunacaq günlərdən biri”,- o, paylaşımda bildirib.
Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.
