SOCAR-da işləyənlərə şad xəbər: Maaşlar artırıldı

SOCAR-ın prezidenti Rövşən Nəcəfovun 7 noyabr 2025-ci il tarixindəki əmrinə əsasən SOCAR-da çalışan işçilərin maaşı artırılıb.

Avrasiya.net-in Referans.az-a istinadən məlumatına görə, sözügedən əmrdə qeyd olunub ki, SOCAR-da son illərdə əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və işçilərin rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.

Bu ənənənin davam etdirilməsi məqsədi ilə SOCAR və Azərbaycan Neft va Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSIHIRK) birgə qarara alırlar:

1. 01 yanvar 2026-ci il tarixdən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 30% artırılsın.

2. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan işçilərin əməyinin ödənilməsi haqqında Əsasnaməyə, 1, 2, 3, 4, 6, 7, 7a. 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59A, 65-1 və 65-2 nömrəli Əlavələr yeni redaksiyada təsdiq edilsin.

3. Əmr-qərarın icrasına nəzarət Baş ofisin mühasibatlıq və vergi departamentlərinə həvalə edilsin.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər