6 ölkənin lideri bir araya gəlir – İlham Əliyev də dəvət edildi

Noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü keçiriləcək.

Liderlər regional əməkdaşlığın əsas istiqamətlərini müzakirə etmək üçün bir araya gələcək.

Toplantıya Azərbaycan Prezidenti İlham Əliyev dəvət olunub.

Görüşdə Mərkəzi Asiya ölkələrinin lideri - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev (ev sahibi), Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcək.

Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda Prezident İlham Əliyevin toplantıya dəvəti regionda Azərbaycanın artan rolunun göstəricisidir.

Sammitdə Transxəzər dəhlizinin inkişafı, enerji təhlükəsizliyi, ticarət həcmlərinin artırılması, su resurslarının idarə olunması, rəqəmsal iqtisadiyyat və regional sabitlik kimi məsələlərin gündəmdə olacağı gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər