Sabirabadda qardaş bacısını ov tüfəngi ilə güllələdi
Dərc olunub:
14-11-2025, 12:18
Sabirabadda qardaş bacısını ov tüfəngi ilə qətlə yetirib.
Hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu qısqanclıq zəminində bacısı 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını ov tüfəngindən atəş açmaqla qətlə yetirib.
M. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdıma aparılır. (Mənbə APA)
