"Universitetlərin məqsəd təhsil vermək deyil, pul qazanmaqdır"

"2026-cı il büdcəsində peşə təhsili xərclərinin 23,2 milyon manat (28,3 %) artırılmasını təqdir edirəm. Hesab edirəm ki, biz peşə təhsilinə diqqəti artırmalıyıq. Peşə təhsilinin gücləndirilməsi xüsusi önəm daşıyır".

Avrasiya.net xəbər verir ki, bunu deputat Vasif Qafarov deyib.

Deputat hesab edir ki, peşə təhsilinin müasir tələblər səviyyəsində gücləndirilməsinə və gənc nəslin peşə təhsilinə marağının artırılmasına ehtiyac var. "Bu həm gənclərin işlə təminatı baxımından, həm də gələcəkdə daha çox ehtiyac duyulacaq peşələrdə kadr potensialı baxımından önəmlidir.

Deputat eyni zamanda təklif edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən ümumi, orta və peşə təhsili sahəsində kadr bazasının sağlamlaşdırılması istiqamətində görülən işlərin, aparılan islahatların ali təhsil sahəsində də həyata keçirilsin:

"Doğrudur, dövlət universitetləri kadr bazalarını formalaşdırmaqda sərbəstdirlər, amma bu, bir sıra hallarda onların kadr seçimində obyektivlikdən uzaq seçimlər etməsinə gətirib çıxarır. Bu da öz növbəsində savadlı kadrların kənarda qalmasına və onlarla heç cür rəqabət apara bilməyəcək insanların auditoriyalara yol açmasına gətirib çıxarır. Hesab edirəm ki, dövlət universitetlərində işə qəbul edilən hər bir kadr Elm və Təhsil Nazirliyinin razılığı ilə işə qəbul olunmalıdır. Bu məsələdə qardaş ölkə olan Türkiyə təcrübəsinin tətbiq edilməsini zəruri sayıram.

İkinci məsələ, bir sıra universitetlərin ştata müəllim götürməkdən yayınması məsələsidir. Universitetlərin bir qismi ştata müəllim götürməkdən yayınırlar və 10 min saatlarla dərsi saathesabı qaydada cəlb etdikləri müəllimlərə verirlər.

Vasif Qafarov qeyd edib ki, məmçinin, bəzi özəl universitetlər ümumiyyətlə ştata müəllim götürmürlər. Kafedra bir müdirdən, bir də onun katibəsindən və ya laborantından ibarət olur. Müəllimlərlə isə, 15 sentyabr–15 yanvar tarixlərində 4 aylıq müqavilə bağlayırlar. Bir aylıq fasilədən sonra yenə də 15 fevral–15 iyun tarixlərində yeni bir 4 aylıq müqavilə bağlayırlar. Nəticədə müəllimə 15 yanvar-15 fevral və 15 iyun-15 iyul tarixlərində 2 aylıq əməkhaqqını və məzuniyyət haqqını ödəməkdən yayınırlar. Müəllimin əməyinə bu cür qiymət verən universitetin məqsədi, görünür, təhsil vermək deyil, pul qazanmaqdır. Hesab edirəm ki, bu cür hallar Əmək qanunvericiliyinin tələblərinin və müəllimlərin hüquqlarının pozulmasıdır, bu cür halların qarşısı alınmalıdır. Bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər