"Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır"

Noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü keçiriləcək.

Politoloq Məhəmməd Əsədullazadə Avrasiya.net-ə deyib ki, artıq Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə, regional siyasi transformasiyanın aparıcı iştirakçılarına çevrilir. İndiyədək keçirilən məşvərət görüşlərində aparılan müzakirələr regiondaxili inteqrasiyanı gücləndirməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq müstəvidə daha aktiv rol alması üçün yeni imkanlar yaradıb:

"İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni geosiyasi nizam, eləcə də Zəngəzur dəhlizinin gündəmə gəlməsi, ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyaya diqqətini daha da artırdı. ABŞ-ın Zəngəzur dəhlizi (TRİP marşrutu) icarəyə götürməsi və Mərkəzi Asiya liderləri ilə keçirilən sammitdə əldə edilən razılaşmalar regionda siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır".

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin fəxri qonaq qismində Məşvərət Şurasına dəvət olunması da təsadüfi deyil. Azərbaycan bu gün Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır. Transxəzər Nəqliyyat Marşrutu region ölkələrini birləşdirən əsas logistika xəttinə çevrilib və Azərbaycan bu xəttin mərkəzi halqasıdır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında siyasi-iqtisadi yaxınlaşma həm regional inteqrasiyanı gücləndirir, həm də yeni qlobal siyasi nizamda ortaq maraqların formalaşmasına xidmət edir:

"Nəticə etibarilə, Mərkəzi Asiya ölkələrinin Qərblə əməkdaşlığı genişləndirməsi, həmçinin yeni nəqliyyat və enerji layihələrinə qoşulması regionun strateji əhəmiyyətini artırır və Rusiya ilə Çinin bölgəyə təsir imkanlarını neytrallaşdırlmasına xidmət edir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər