Gömrükdə 90 milyon dollarlıq heroin aşkarlandı - FOTO

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına "kafel yapışdırıcısı" yükü aparan vaqon "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər