Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Xətai rayonu, Gəncə prospekti, 61, 65 və 79-cu binada yaşayan sakinlərin müraciəti əsasında seçicilərlə görüş keçirib.

Millət vəkili ilə görüşdə sakinlər binaların mövcud problemlərini qaldırıb, kanalizasiya xətlərinin və binaların istilik sisteminin bərbad vəziyyətdə olması, marşrut xəttinin işləməməsi məsələsindən şikayətləniblər.

Sakinlər eyni zamanda binaların qarşısında işıqlandırma sisteminin olmamasını, yolların asfalt örtüyünün dağılmasını, binaların zirzəmilərinin antisanitariya şəraitində olduğunu bildiriblər.

Uşaqlar üçün futbol meydançasının olmamasından şikayətlənən sakinlər, binalarda dezinfeksiya işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Həmçinin 191 nömrəli orta məktəbin futbol meydançasının dağılmış vəziyyətdə olduğunu, yollarda piyada keçidinin yoxluğunu diqqətə çatdıraraq, küçə itlərinin məhəllələrdə ciddi təhlükə yaratması ilə bağlı narazılıqlarını ifadə edib və digər məsələləri qaldırıblar.

Millət vəkili Qüdrət Həsənquliyev səsləndirilən mövcud problemlərlə bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracağını sakinlərin diqqətinə çatdırıb.
Görüşdə Xətai rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər