Nar ürəyi sapsağlam edir

Nar ürəyi sapsağlam edirMütəxəssislər ürək-damar xəstəliklərinin qarşısını almaqda sadə, lakin çox təsirli bir qidanın xüsusi rol oynadığını bildirirlər.

Günlük rasiona əlavə edilən bu meyvə qan dövranını yaxşılaşdırır, damarların elastikliyini artırır və təzyiqi tənzimləyir. Həkimlər onu “təbii ürək qoruyucusu” adlandırır.

Ürək sağlamlığı ilə bağlı aparılan yeni araşdırmalar bir meyvənin güclü qoruyucu təsirə malik olduğunu üzə çıxarıb. Söhbət nardan gedir. Tərkibindəki antioksidantlar, polifenollar və xüsusi “punikalagin” maddəsi sayəsində nar ürəyin işini gücləndirir və damarların təmiz qalmasına kömək edir.

Kardioloqların sözlərinə görə, nar şirəsi qan damarlarında yığılan yağlı qatları azaldır, qan axını yaxşılaşdırır və infarkt riskini aşağı salır. Bu meyvə həmçinin pis xolesterolu səviyyəsini azaldır, yaxşı xolesterolu yüksəldir və təzyiqi normada saxlayır.

Mütəxəssislər narın ən böyük üstünlüyünün güclü antiinflamator təsir olduğunu vurğulayırlar. Orqanizmdə iltihabı azaltdığı üçün damarların divarlarını qoruyur və qan laxtalanmasının qarşısını alır. Bu da xüsusilə orta yaşdan sonra ürək-damar xəstəliklərinin inkişaf ehtimalını azaldır.

Həkimlər sağlam insanlar üçün belə həftədə ən azı 2–3 dəfə nar və ya təbii nar şirəsi içməyi tövsiyə edir. Xroniki ürək xəstəliyi olan şəxslər isə bu meyvəni həkimlə məsləhətləşərək istifadə etməlidirlər.

Nar mövsümündə müntəzəm istifadə edilərsə, ümumi yüklənməni azaldır, enerjini artırır və immun sistemini də gücləndirir. Bu səbəbdən mütəxəssislər onu “ürəyin əsl möcüzə meyvəsi” adlandırırlar.

Musavat.com

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər