“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü
Dərc olunub:
14-11-2025, 11:44
Rusiya bu gün Ukraynaya 430 dron və ballistik və aeroballistik də daxil olmaqla, təxminən 18 raketlə zərbələr endirib.
Avrasiya.net xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Zərbələr nəticəsində 4 nəfər həlak olub. Kiyevdəki Azərbaycan səfirliyinin binası "İsgəndər" raketinin qalıqları nəticəsində zərər görüb. Kiyevdə onlarla çoxmərtəbəli binaya ziyan dəyib”, - Zelenski bildirib.
