Sizin Reklam Burada

Füzuli rayonunun azad olunması...

Füzuli rayonunun azad olunması...Bu gün Azərbaycanın hərb tarixində, qəhrəmanlıq salnaməsində əlamətdar səhifələrdən biridir. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iki il öncə Füzuli şəhərini işğalçılardan azad etdi və Azərbaycan tarixində əlamətdar günlərdən birinin əsasını qoydu. Füzuli Azərbaycanın qədim ərazilərindən biridir. Dünyanın ən qədim dördüncü tapıntısının olduğu Azıx mağarası Füzuli rayonu yaxınlığındadır. Məhz bu səbəbdən rayon mühüm strateji əhəmiyyət kəsb etməklə yanaşı, həm də milli- mənəvi dəyər baxımından da xalqımız üçün böyük əhəmiyyətə malikdir.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərilərək Füzuli rayonu adlandırılıb. Eyni zamanda işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub”.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikanın bütün sahələrində olduğu kimi hərbi sahədə də uğurlarımızın təməli qoyuldu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzuli rayonunun digər kəndlərinin işğaldan azad edilməsi Vətən Müharibəsinin ilk günlərinə təsadüf etdi. Belə ki bir- birinin ardınca Qaraxanbəyli, kənd Horadiz, Qaradağlı, Xatınbulaq, İşıqlı, Cuvarlı və s. kəndlər işğaldan azad edildi. Torpağımızın hər qarışı igid

əsgər və zabitlərimizin qanı, canı hesabına azad edilirdi. Onu da qeyd etmək lazımdır ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Təbii ki, bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Burada da aparılan bütün işlər dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib.Müzəffər Ali Baş Komandanın sözləri ilə desək “ Qarabağı dirçəltməyə mənəvi, siyasi və maddi gücümüz çatacaq və heçbir dövlət, heçbir qüvvə bizim qarşımızı ala bilməyəcəkdir”.

Anar Məmmədov
Xətai rayon İcra Hakimiyyəti
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər