Sizin Reklam Burada

Ermənilər yalnız bu halda Şuşaya gələ BİLƏCƏKLƏR

Ermənilər yalnız bu halda Şuşaya gələ BİLƏCƏKLƏRAqunik Abovyan adlı erməni qadın Prezident İlham Əliyevə müraciət edib. İslam dinini qəbul etdiyini deyən qadın Prezidentdən Bakıya və Şuşaya gəlməsi üçün ona icazə verilməsini xahiş edib.

O, Şuşada namaz qılmaq arzusunda olduğunu söyləyib. Abovyan, həmçinin qeyd edib ki, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur:

"İcazə verin, Azərbaycana gəlim, gözəl şəhərinizi gəzim. İstəyirəm ki, yoldaşımın və dostlarımın vətənini görüm. Qarabağda, Şuşada olmaq, orada namaz qılmaq istəyirəm".

Erməni qadının sözügedən müraciəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət hesab edir ki, niyyəti şübhə doğuran erməni qadının xahişi yerinə yetirilməməli, kimliyindən və hansı mövqedə olmasından asılı olmayaraq, heç bir erməni işğaldan azad olunmuş ərazilərə buraxılmamalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa da belə düşünür. Aqunik Abovyanın müraciəti barədə Modern.az-a danışan deputat bildirib ki, indiki durumda erməni qadının Şuşaya və Bakıya gəlməsinə icazə verilməməlidir. Lakin Milli Məclis üzvü hesab edir ki, ermənilər yalnız Azərbaycan vətəndaşlığına qəbul olunduqdan sonra Şuşaya, eləcə də Bakıya gələ bilərlər.

“Bu kimi məsələlərdə birinci növbədə vətəndaşlıq məsələlərinin üzərində düşünməliyik. Vətəndaşlıq almaq istəyən erməni varsa, bu, mümkün ola bilər. Ermənilər oranı görsün, buranı görsün, bu mümkün deyil. Şuşanı minlərlə azərbaycanlı görməyibsə, niyə ermənilərə bu şansı yaratmalıyıq?

Başa düşdüm, Şuşanı görmək istəyir, amma o halda mümkün ola bilər ki, birinci Azərbaycan vətəndaşlığı üçün müraicət etsinlər. Yəni Şuşanı görmək üçün Azərbaycan vətəndaşı olmalıdırlar. Fikrimcə, bu prinsipi əsas götürməliyik. Əlbəttə, nə vaxtsa turist kimi hansısa ölkənin vətəndaşları Şuşaya gələcəklər, amma ermənilərə qarşı yanaşma bu cür olmamalıdır. Vətəndaşlığımızı qəbul edirlərsə, həm Şuşaya, həm də Bakıya gələ bilərlər. İndiki şəraitdə ermənilərə vaxtımızı və enerjimizi sərf etmək doğru deyil”, - deyə parlamentari vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər