Şəmkirdə dəhşətli qəza: 9 nəfər öldü - Foto
Dərc olunub:
7-08-2025, 08:53
Şəmkirdə ağır yol qəzası baş verib.
Avrasiya.net xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.