Özündə güc tapan siyasi qüvvələr yerini gənclərə verməlidirlər
Vasif Əfəndi
Vəhdət Partiyası sədrinin müavini
2005-ci ildən etibarən Vəhdət Partiyası siyasi yönünüdə ciddi dəyişiklik edərək radikal müaxlifətçilikdən mərkəzçi partiyaya çevrildi. Bundan sonra Vəhdət Partiyası siyasi spektrin mərkəzində yer alaraq həm sağ, həm sol baxışları birləşdirməyə çalışdı. Vəhdət Partiyası VI növbədənkənar qurultayında keyfiyyət dəyişilikliynə və siyasi rəhbərlikdə gedən dəyişikliklərdən sonra da mərkəzçi siyasəti davam etdirmək niyyətini ortaya qoydu. Bu barədə partiyanın sədri Adəm Bakuvi ictimaiyyətə açıqlama verərək barışdırıcı missiyanı davam etdiləcəyini vurğulayıb. Eyni zamanda fərdi azadlıqlar və bazar iqtisadiyyatını dəstəkləməklə gərəyində dövlətin müdaxiləsini qəbul edirik.
Siyasi rəhbərlik tərəfindən qarşımıza ifrat siyasətdən uzaq durmaqla, konsesnsus və tarazlığı qorumaq tapşırığı qoyulub. Bu aspektdən yanaşaraq bəzi sağ yönümlü siyasi partiyaların barışmaz mövqeyi barədə mülahizələrimi bölüşmək istəyirəm. Əslində problem heç barışmazlıqda da deyil, bu sadəcə inandkarlıqdır. Konkret olaraq AXCP sədrinin son zamanlar hakimiyyətə qarşı ölçülüb biçilməyən bəyanatlarıdır.
Xatırlatmaq istəyirəm ki, 2020-ci ilin noyabr sazişinə qarşı kəskin mövqe bildirərək ordumuzun Şuşa və Xankəndi şəhərlərinə daxil olmamasını və müvəqqəti olaraq Rusiya qoşunlarının sülhməramlı adı altında bölgədə yerləşdirilməsinə razılıq verməsinin xəyanət kimi qələmə verilməsi cəhdləri ya siyasi mükəmməlsizliyin ya da qərəzli münasibətin təzahüri idi.
Lakin 2023-cü ilin 23 saatlıq sentyabr əməliyyatlarından sonra torpaqlarımız bütünlüklə işğaldan azad olması və nəhayət iddia olunan Rusiya işğalının baş tutmaması baş verdi. Lakin buna baxmayaraq yanlış iddiaya görə üzr istəyi, bir etiraf gəlmədi. Əksinə davamlı olaraq əldə olunan uğur və müvəffəqiyyətlərə qarşı eyni münasibət sərgiləmkdə davam edilir. Həmçinin AXCP sıralarında çox təəəssüf ki, bizə dost olmayan ölkələrə simpatizianlıq edən qrupların mövcudluğu xoşagəlməyən əlamətdir. Radikal dini qruplaşmalarda təmsil olunan, ölkədə xaos yatamağa çalışan və hazırda qanunla mühakimə olunan milli xəyanətkarların müdafiəsini təşkil etmək , onların adlarını siyasi məhbus olaraq beynəlxalq təşkilatlara ötürmək yolverilməzdir.
Tarix göstərdi ki, Prezident İlham Əliyev dünyada bənzəri və təkararı olmayan hərbi -siyasi uğura imza atdı. İndiyə qədər dünya tarxində 30 il işğal altında olan ərazilərin ildırım sürəti ilə geri alınması faktı qeydə alınmamışdır. Əli bəyin bu mövqeyi həm də ola bilsin ki, siyasi tükənmənin əlamətləridir. Ona görə də AXCP-nin də ölkədə siyasi partiyalarda gedən yenilənmə kamapnaiyasına qoşulması daha məqsədəuyğun olardı.
Bir çox partiyalarda siaysi rəhbərlik səviyyəsində dəyişikliər baş verir. Ola bilsin ki, uzun müddət radikal mxalifətçilik edən siyasətçilər barışmazlıq və hər şeyin əlyhinə getmək obrazından çıxa biımirlər. Hesab edirəm ki, iqtidar-müxalifət məsələlrində yeni yanaşmaya böyük ehtiyac var. Siyasi partiyalar demokratiyanın inkişafı, iqtsadi müstəqillik, sosial ədalət prinsiplərinin daha da şəffaf olması istiqamətində yalnız tənqidi fikirlər söyləmklə deyil, konkret lalyihələr və rəsmi təkliflər vasitəsilə çıxış etməlidirlər iqtidar mənsubları da inanıram ki, bu sayaq sivil münasibətə qarışılıq verəcəklər.
Özündə güc tapan siyasi qüvvələr yerini gənclərə buraxmalı və ölkədə demokratikləşmə və yeni düzənə uyğunlaşma prosesinə yol açmalıdırlar.