Pezeşkian Azərbaycan dövlətinin maraqlarından çıxış edib

Elşən Manafov
Politoloq


Qədim tarix və zəngin mədəniyyətə malik İran və Azərbaycanı tarixən ortaq tarixi tale, habelə milli, dini, mədəni və mənəvi dəyərlər birləşdırib.

Müasir dövrün qlobal mahiyyət kəsb edən bir sıra problemlərinə, habelə regional təhlukəsizliklə bağlı məsələlərə münasibətdə də bu qonşu və qardaş dövlətlər arasında ümumi baxış və mövqelər mövcuddur. Region və onun ətrafında beynəlxalq tranzit əhəmiyyət kəsb edən məsələlər, habelə Yaxın Şərqin perspektiv geosiyasi konfiqurasiyasi ətrafında məsələrə münasibətdə isə bu dövlətlər ayrı ayrılıqda milli və təhlükəsizlik qayğılarından çıxış edərək mövqe sərgiləyiblər və hazırda da vəziyyət belədir.

İran prezidenti M.Pezeşkianın Azərbaycanla münasibətlərin müasir durumuna görə rəsmi Tehranı günahlandırması əslində İran-Azərbaycan menasibətlərinin tarixində yeni bir mərhələ aça bilər.
Bəllidir ki, tərəflər arasında münasibətlər qarşılıqlı hörmət, etimad və mənfəət prinsipləri üzərində qurulsa da, bu münasibətlərə ikilistandartlar həmişə ciddi təsir göstərib. Dövlətlərarası münasibətlərdə bir-birinin daxili işlərinə müdaxilə yolverilməz olduğu halda, İran bir qayda Azərbaycanın İsraillə münasibətlərinə siyasi qısqanclıqla yanaşıb, Təl Əvivlə münasibətlərə görə rəsmi Bakını daim qınayıb, bu məsələyə islam həmrəyliyi konteksindən yanaşaraq Azərbaycan tərəfini Fələstinə münasibətdə az qala xəyanətdə,islam həmrəyliyinə dönuk çıxmaqda ittiham edib və bu zaman uzun müddət Ermənistana enerji, habelə ərzaq təhlükəsizliyi problemlərinin həllində dəstək olduğunu İran görməzdən gəlib, halbuki özü İslam Əməkaşlıq Təşkilatının üzvü olaraq, həm də, ayrılıqda Ermənistanın Azərbaycana təcavüzünü dəfələrlə pisləmiş, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır. Azərbaycanın İsrailə menasibətlərə gəlincə, bunlar ilk növbədə regional təhlükəsizlik problemlərinin həllində İsrail tərəfdən dəstəyə, onun enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı qane və təmin edəcək əməkdaşlığa hesablanıb. Azərbaycan ABŞ-ın bütün səy və israrlarına baxmayaraq ona öz ərazisindən strateji hücum silahları ilə İrana zərbələr endirmək üçün platsdarm təklif etməyəcəyini dəfələrlə bildirib və rəsmi Tehranın da nəzərinə bu mövqeyimiz çatdırılıb.

Bütün bunların fonunda Pezeşkianın İranın müsəlman dövlətləri ilə münasibətləri islam həmrəylik prinsipləri üzərində qurması və bu xüsusda Azərbaycanı da vurğulaması mahiyyət etibarı ilə rəsmi Tehranın Azərbaycana yönəli siyasətinə fərqli baxış olmaqla yanaşı, həm də Pezeşkian öz sələflərinin siyasətinə tənqidi rakursdan bir dəyər vermədir və yaxın perspektivdə İranın nəinki Azərbaycana yönəli həm də, regionun bir sıra təhlükəsizlik problemlərinin həllinə yeni baxışının inikasıdır.

Bəllidir ki, Pezeşkian İranın ali siyasi elitasında mühafizəkarları deyil, islalahatçıları təmsil edir, bu baxımdan o münasibətlərdəki problemlərin qarşıdurma və güc deyil, dialoq, diplomatiya və yumşaq gücün tətbiqi vasitəsi ilə həllinin tərəfdarı kimi tanınır. Pezeşkianın bəyanatı konteksində nəzərə almaq lazımdır ki, Azərbaycan və İran arasında Zəngəzur dəhlizi, onun ətrafındakı perspektiv geosiyasi durumla bağlı məsələlərə münasibətdə bir sıra fərqli baxışlar var, hərçənd hazırkı vəziyyətdə rəsmi Bakını Azərbaycanı Naxçıvanla birləşdirən İran quru yolu hələ ki, təmin edir, məsələ yalnız Qərb və qlobalistlərin İran ərazisinin "perspektivliyi və təhlukəsizliyi" ilə bağlı məsələlərə fərqli baxşlarındadır və rəsmi Bakıya da təzyiq edən tərəflər onlardır. Lakin, unutmaq lazım deyil ki, Avrasiya məkanı üçün strateji və tranzit əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat yolu da, mövcuddur. İran və Rusiya bu yolun çəkilməsi üçün artıq böyük sərmayələr yatırıblar, Azərbaycan bu nəqliyyat dəhlizində ötürücü qayış rolunda çıxış edir. Hazırda Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda bu nəqliiyyat dəhlizinin perspektivi sual altında qalır.

Bu məlum dəhlizin istifadəyə verilməsində maraqlı olmayan qlobalistlərin xeyrinə və əksinə Rusiya və İranla yanaşı Çın və Hindistanın əleyhinədir. Zəngəzur dəhlizi ətrafında vəziyyətə nəzarəti ələ keçirməklə ABŞ Rusiya və Çını bu dəhlizlərdən kənarda qoymağa, Avropadan Asiyaya yukdaşınmaları Rusiyadan yan keçirməklə, Rusiyanı tranzit daşınmalarından əldə ediləcək gəlirlərdən məhrum etməyə çalışır. Perspektivdə isə Mərkəzi Asiya bazarları uğrunda mübarizə və rəqabət var ki, tərəflərin hər birinin bu bölgələrdə fərqli geosiyasi və iqtisadi, habelə təhlükəsizlik maraqları var.

İran, onun prezidenti M.Pezeşkian bu məsələlərdə İran və Azərbaycan dövlətlərinin maraqlarından çıxış edib, əvvəla Şimal Cənub nəqliyyat dəhlizi ətrafında işlərin sürətlənməsi üçün addımlar ata bilər Pezuşkian şəxsi nüfuzundan istifadə edib Azərbaycan və Rusiya dövlətləri arasındakı gərginliyin aradan qaldırması üçün vasitəçi olaraq danışıqlara qatıla bilər. Suriyada Əsəd rejiminin devrilməsi ilə İranın Suriyadakı təsir dairəsi zəiflədiyindən rəsmi Tehran Türkiyə ilə yanaşı Suriyanın yenidən dirçəldilməsində maraqlı olan Azərbaycan dövləti vasitəsilə İranın Suriya ilə yeni tipli münasibətlərinin qurulmasında iştirak edə bilər.

Pezeşkian İsrailin Azərbaycanla münasibətlər qurmasından örnək götuüməyin vacibliyinə işarə edərək, indiyədək rəsmi Bakı ilə bu tip münasibətlərin qurulmamasına görə özundən əvvəlku İran hökumətlərinin işinə tənqidi yanaşır və əlbəttə bu İranın siyası elitasında mühafizəkar qanadın sərt narazılığına səbəb olacaq. Nəzərə almaq lazımdır ki,İranın mövcud qanunvericiliyinə görə bu ölkədə prezident yalnız icra hakimiyyətinin başçısıdır, yəni səlahiyyətləri baş nazirin səlahiyyətlərinə bərabərdir. Ölkənin daxili və xarici siyasətinin prioritetlərini ali rəhbər muəyyən edir. Onun isə istər ABŞ, istər İsrail, bütövlukdə isə Yaxın Şərqin perpektiv geosiyasi durumu ilə baglı məsələlərə baxışları Pezeşkianla müqayisədə fərqlidir. Bu baxımdan yeni siyasətin çalarlarını bütün hallarda prezident ali rəhbər və parlamentlə razılaşdırmalıdır.İranın İranın Azərbaycanla yeni tip münasibətləri əsasən ölkədaxili siyasi reallıqlardan, Azərbaycan və Rusiya arasında münasibətlərdəki anlaşılmazlığın mümkün qədər tez aradan qaldırılmasından, İranın Turkiyə və Azərbaycanla yanaşı Suriyaya münasibətdə yeni mövqe sərgiləyə biləcəyindən (bu isə mühafizəkar qanadın təzyiqi ucbatından az ehtimal olunur), dəhlizlər ətrafı məsələlərə ortaq maraqlardan yanaşma amillərindən asılı olacaq.

Xüsusi olaraq Avrasiya.net üçün

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər