star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Vəhdət Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar

“Azərbaycan dili və əlifbası xalqımızın milli kimliyinin, dövlətçiliyimizin və mənəvi birliyimizin əsas dayaqlarındandır”.

Bunu Vəhdət Partiyasının sədri, siyasi elmlər doktoru Adəm İsmayıl “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda təşkil edilmiş elmi-praktik konfransda bildirib.

Partiya sədri qeyd edib ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də əsrlərlə formalaşmış milli ruhun və ictimai yaddaşın daşıyıcısıdır: “Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və gələcəyə daşıdığı mənəvi irsini ifadə edir. Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla Azərbaycan Əlifbası və Dili Günü təsis edildi və latın qrafikalı əlifbaya keçidin başa çatması rəsmiləşdi”.

A.İ.Bakuvi vurğulayıb ki, Azərbaycan dilinin dövlət statusunun qorunması və cəmiyyətin bütün sahələrində işlək dilə çevrilməsi dövlətçilik strategiyasının mühüm hissəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, qəbul olunan qanunlar və yaradılan institutlar bir daha sübut edir ki, Azərbaycan dili ölkədə milli ideologiyanın və mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir”.

O, cəmiyyətin hər bir üzvünü ana dilinə sevgi və məsuliyyətlə yanaşmağa çağırıb: “Bu dil bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizə daşıdığımız kimliyimizdir. Gəlin, dilimizi sevək, onu yaşadaq və gələcək nəsillərə bütöv şəkildə ötürək.”

Qeyd edək ki, Bakıda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Vəhdət Partiyasının təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Azərbaycan dilinin və əlifbasının tarixi köklərinin, milli kimliklə əlaqəsinin və müasir dövrdə qarşılaşdığı çağırışların elmi müstəvidə araşdırılması və bu sahədə cəmiyyətin məlumatlandırılması olub.

Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, sabiq millət vəkili, Vəhdət Partiyasının qurucularından biri Tahir Kərimli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, İctimai xadim, jurnalist, Ədəbiyyat fondunun rəhbəri Varis Yolçuyev, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Tanınmış aktyor, bədii qiraətçi, Xəlil Rza Ulutürk irsinin davamçısı Kamran Yunus, QHT rəhbəri Aynurə Ələkbərova və digər ictimai-siyasi xadimlər iştirak ediblər.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər