Sizin Reklam Burada

Qarabağda rus sülhməramlılarının ermənilərlə birlikdə davam edən təxribatları

Qarabağda rus sülhməramlılarının ermənilərlə birlikdə davam edən təxribatlarıQarabağda rus sülhməramlılarının ermənilərlə birlikdə davam edən təxribatlarını diqqətlə izləyirik. Rusiyanın çox konfiqurasiyalı siyasətinin tərkib hissəsi olan belə təxribatların uzun müddət davam etməsinə göz yummaq olmaz.

Əslində manevr siyasətini davam etdirən Ermənistanın baş naziri N. Paşinyana da bu proseslər sərf edir. Bununla erməni tərəfi zaman qazanmağa ümid edir.

Heç təsadüfi deyil ki, ötən həftə Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan elan edib ki, sentyabrda Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxaracaq. Qriqoryan daha sonra əlavə edib ki, orada yaşayan ermənilərin təhlükəsizliyini rus sülhməramlıları, erməni özünümüdafiə dəstələri təmin edəcək. Göründüyü kimi, zavallı Paşinyan Qarabağdakı ermənilərin məsuliyyət məsələsini rus sülhməramlılarının üzərinə atmaqla xeyli vaxt qazanmaq istəyindədir. Rusiyanın himayədarlığı ilə Qarababağda silahlı erməni tör-töküntülərinin qalması, prosesin uzanması qəbuledilməz haldır. Biz daha 10 illər bunu gözləyə bilmərik.

Ona görə, bu məsələ Rusiya tərəfinin qarşısında sərt şəkildə qoyulmalıdır. Cənubi Qafqazı urvatsız şəkildə tərk etməməsi üçün Rusiya 2020-ci il 10 noyabr üçtərəfli sazişinə əməl etməlidir. Demək olar ki, bu gün dünyada öz gücünü və nüfuzunu itirməkdə davam edən Rusiyanın Şərqə, çox zəruri regiona çıxışı Cənubi Qafqazdan, Azərbaycandan keçir. Şimal qonşumuz bu nəfəsliyini, şansını itirməməlidir.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər