Sizin Reklam Burada

Ermənistanın mina təhlükəsi

Ermənistanın mina təhlükəsiKönül İsmayılova: “Ermənistanın mina təxribatı tikinti-bərpa və qayıdış prosesini ləngitməyə hesablanıb”

“Ermənistanın məqsədyönlü mənfur siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. Qeyd edim ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb”.

Versus.Az xəbər verir ki, bunu 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

Könül İsmayılova qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir-bir sadalansa, insan övladı ağlasığmaz dərəcədə reallığın qarşısında donub qalar, necə ki, qalmaqdadır:

“Elə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başladığı dövrdən indiyədək olan zaman yetərlidir ki, necə bir vandal dövlətlə qonşu olduğumuz gerçəkliyini ortaya qoysun. İndiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlardır. Torpaqlarımızı işğaldan azad etsək də, göründüyü kimi, hələ də ermənilərin ərazilərimizdə yerləşdirdikləri piyada əleyhinə minalar üzündən qurbanlarımız olur. Beləcə, aydın başa düşülür ki, Ermənistanın Azərbaycan ərazilərində yaratdığı mina təhlükəsi oradakı genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngitməyə hesablanıb”.

Ermənistan tərəfin uzun danışıqlardan sonra minaların saxta xəritəsini Azərbaycana təqdim etdiyini qeyd edən K.İsmayılova vurğuladı ki, Ermənistan bununla həm yeni təxribatlarını planlamaq imkanı, həm də cinayətlərinə davam etmək fürsəti qazanmış olub:

“Təbii ki, Azərbaycan erməni xislətinin heç vaxt dəyişməyəcəyini bildiyi üçün həmin saxta xəritəyə önəm vermədi. Amma minalar zərərsizləşdirilməli, keçmiş məcburi köçkünlərimiz yurd-yuvalarına dönməlidirlər. Bunun üçün isə ərazilərimiz minalardan təmizlənməlidir ki, orada aparılan tikinti-bərpa işləri sürətlə irəliləsin. Ancaq nəzərə almaq lazımdır ki, minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur. Amma bütün bunlar Azərbaycanı öz haqq yolundan çəkindirməyəcək. Dövlətimizi zəif görənlər həmişəki kimi yanılırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər