Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb
Dərc olunub:
2-05-2024, 08:23
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik geniş heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.
Avrasiya.net xəbər verir ki, səfər çərçivəsində səyyahlar bu gün Füzuli, Şuşa və Ağdamda olacaqlar.
Qrupa “Vaga” klubunun rəhbəri, 35 yaşlı dünya səyyahı Jorn Augestad başçılıq edir.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Şuşa-Ağdam-Laçın-Cəbrayıl marşurutu üzrə hərəkət edəcəklər.