Bəzi ərəb ölkələri Türkiyənin Omanda hərbi baza yaradacağı ilə bağlı iddialar ortaya atıb.
Axar.az xəbər verir ki, bunu türkiyəli jurnalist Taha Dağlı deyib.
O bildirib ki, bu iddia təsdiqlənmədi, amma təkzib də edilmədi:
“Öncəliklə qeyd edək ki, Oman coğrafi mövqe baxımından vacib bir ölkədir. Yəmən və Səudiyyə Ərəbistanının yanında yerləşir. Neft və təbii qaz qaynaqları ilə zəngin ölkədir. Türkiyənin belə bir ölkə ilə hərbi əməkdaşlıq etməsi əlbəttə ki, böyük qazanc olar. Bəs Türkiyə Omanda hərbi baza qura bilərmi?
2011-ci ildə iki ölkə arasında hərbi əməkdaşlıq barədə imzalanmış anlaşma var. Bir neçə gün əvvəl də Türkiyə və Oman Xarici İşlər nazirliklərinin rəsmiləri arasında videokonfransla iclas olub. Oman Türkiyə ilə çox yaxın hərbi əməkdaşlıq edərsə, BƏƏ və Səudiyyə Ərəbistanının sərt reaksiyası ilə qarşılaşar. Ancaq Oman bu iki ölkəyə görə Türkiyə ilə yaxınlaşmaq siyasətindən imtina etməyəcək. Türkiyənin hərbi baza yaratması ilə bağlı Oman tərəfindəki bəzi mənbələrdən dəqiq məlumat var. Əgər razılaşma əldə olunarsa, Türkiyə Omandan Liviyaya qədər uzanan və Misir, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin olduğu bir xətti hərbi cəhətdən əhatə etmiş olacaq”, - jurnalist bildirib.
Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Avrasiya.net xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Avrasiya.net xəbər verir ki, dövlət başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.
***
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub.
Avrasiya.net xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
R.Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.
Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Şakir Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin sabiq rəisi polis polkovniki Eldəniz Məmmədov vəzifəsindən azad edilərək Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyə əsgərlərin Naxçıvanda birgə təlimlərə başlanması ilə bağlı açıqlama verib.
Avrasiya.net partiya sədrinin açıqlamasını təqdim edir:
"Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Artıq təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.
Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də 1918-1921-ci illərdə Naxçıvanın düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. "Naxçıvan türk dünyasının qapısıdır" - deyən Atatürk öz ölkəsinin çətin durumda, erməni daşnakları ilə mübarizəyə kömək məqsədilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməyi ilə Andranikin rəhbərlik etdiyi daşnakları qovub.
Son hadisələrdə, Ermənistanın sərhəddə təxribatından sonra Türkiyə Azərbaycana açıq dəstək verdi.
Hesab edirəm ki, yaxın gələcəkdə, bizim iki qardaş ölkənin keçirdiyi təlimlərə, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan və Dağlıq Qarabağ məsələsinə görə Ermənistanla heç bir əlaqə qurmayan dost Pakistan da qatıla bilər. Öz bəyanatlarında bizə dost olan Pakistan dövləti Dağlıq Qarabağ məsələsində həmişə bizi dəstəkləyib. Hesab edirəm ki, Azərbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrin arasında hərbi əməkdaşlıq sazişi imzalanmalıdır və təlimlər keçirilməlidir.
Bu təlimlər üç ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edər, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verər. Azərbaycan və Türk əsgərlərinə eşq olsun!"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr sektorunun müdiri tanınmış jurnalist Səfurə Çərkəzqızı vəzifəsindən azad olunub.
Avrasiya.net-in məlumatına görə, S.Çərkəzqızı hazırda işsizdir.
Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. “P.S. Gənclik”, “7 Gün”, “Rezonans”, “Həftə içi” qəzetlərində, “Lider”, ARB televiziyalarında çalışıb.
Nazirlikdəki təyinatdan öncə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. “And olsun atlara!” və “Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməyib, amma müəyyən həbslər baş verib.
Bu barədə Axar.az-a Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov deyib.
O bildirib ki, hazırda vəzifədə olan 2 nəfər saxlanılıb:
"Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi və hazırkı bələdiyyə sədri saxlanılıb. Onların həbs edilib-edilməməsi barədə tam məlumatım yoxdur. Həmin icra nümayəndəsini icra başçısı Mərdan Camalzadə 1 ay əvvəl vəzifədən azad etmişdi. Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov isə rayon prokurorluğuna dəvət olunub və oradan aparılıb".
Qeyd edək ki, S.Əhmədovun və daha iki məmurun həbsi ilə bağlı ilk məlumatı Avropa.info saytı yayıb.