Tramp 3 dünya liderini bəyənir: Çox ağıllıdırlar
Dərc olunub:
23-07-2020, 10:57
Vladimir Putin, Si Szinpin və Rəcəb Tayyib Ərdoğan kəskin ağılları ilə seçilirlər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“Amerika liderliyinə kəskin ağıllı kimsə lazımdır. Mən deyə bilərəm ki, Si Szinpinin, Vladimir Putinin və Ərdoğanın kəskin ağılları var”, – deyə o bildirib.