Bakıda 33 yaşlı kişi quyuya düşərək öldü
Dərc olunub:
2-05-2024, 09:58
Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
