66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı
ABŞ-ın 66 konqresmeni Nümayəndələr Palatasının Təxsisatlar Komitəsini Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırmağa, ABŞ-ın Ermənistana hərbi yardımını artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təxsisatlarını dayandırmağa və azərbaycanlı “hərbi cinayətkarlara” qarşı sanksiyaların tətbiqini araşdırmağa çağırıb.
Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ay Data (ANKA) Komissiyasından məlumat verilib.
Məlumata görə, sözügedən məktub Nümayəndələr Palatasının Xarici Əməliyyatlar üzrə Təxsisatlar Alt Komitəsinin sədri Mario Diaz-Ballarta və konqresmen Barbara Liyə göndərilib.
Qeyd edək ki, ABŞ Konqresinin bəzi üzvləri erməni lobbisinin tapşırığı ilə Azərbaycana qarşı kampaniyaya başlayıb. Bu sırada Dina Titusun “fəallığı” xüsusi diqqət çəkir.