Komitə sədri Rusiyanın baş ravvini ilə görüşüb

Komitə sədri Rusiyanın baş ravvini ilə görüşübDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Rusiyanın baş ravvini Berl Lazar ilə görüşüb.

Görüşdə DQİDK-nın sədri Ramin Məmmədov Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən danışaraq Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələrinin daha da inkişaf etdirilərək dövlət siyasətinə çevrildiyini vurğulayıb. Azərbaycanda nümunəvi birgəyaşayış mühiti, məscidlər, eləcə də xristian və yəhudi dini-mənəvi abidələrinə göstərilən diqqətdən bəhs edən Komitə sədri bildirib ki, dinlərarası harmoniyanın günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərlə yanaşı, düşünülmüş dövlət siyasətinin də müstəsna rolu var.

Rusiyanın baş ravvini Berl Lazar qeyd edib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir.

Eyni zamanda görüş çərçivəsində dinlərarası dialoqa dair bir sıra məsələlərə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq, çağırış, o cümlədən perspektiv və imkanları müzakirə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər