Sizin Reklam Burada

İndiyədək Ermənistanın dövlət sərhədi olmayıb - Erməni deputat

İndiyədək Ermənistanın dövlət sərhədi olmayıb -Delimitasiyası və demarkasiya nəticəsində Ermənistan öz suverenliyini qorumaq üçün beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə sahiblənəcək.

Bunu Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasından olan deputatı Eriknaz Tiqranyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya prosesinin hüquqi əsası qoyulub, lakin müxalifət saxta gündəm irəli sürərək insanların emosiyaları ilə oynamağa çalışır.

Deputat bir daha əmin edib ki, ərazilərin təhvil verilməsindən söhbət gedə bilməz.

Tiqranyan vurğulayıb ki, prosesin özündə delimitasiya istiqamətlərinin müəyyənləşdirilməsinə, lazım gələrsə, sərhədlərin düzəldilməsinə ehtiyac var.

“İnsanlar bu prosesin əleyhinə deyillər, hamısı yolların mülkiyyətçiliyini və onların yerini anlamaq üçün beynəlxalq səviyyədə sərhədlərin tanınmasını istəyir”.

O, sərhədin demarkasiyasına hardan başlamasından asılı olmayaraq, yenə də narazılığın olacağına əminliyini ifadə edib.

Erməni deputat Alma-Ata bəyannaməsinin nəzərdə tutduğu sərhədi yerdə çəkdiklərini vurğulayıb.

Parlamentari son vaxtlara qədər Ermənistan-Azərbaycan dövlət sərhədinin olmadığını, ilk dəfədir ki, sərhədlərin çəkildiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında aprelin 29-dək Qazax istiqamətində 35 sərhəd dirəyi quraşdırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər