Komitə sədri ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Komitə sədri ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ilə görüşübDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən ABŞ-nin Etnik Anlaşma Fondunun prezident və Hampton sinaqoqunun təsisçisi ravvin Mark Şnayer ilə görüşüb.

DQİDK sədri Ramin Məmmədov Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulayıb, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Həmçinin Azərbaycanı beynəlxalq aləmə layiqincə təqdim edən amillər sırasında respublikamızın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, bu istiqamətindəki problemlərin həllinə dəyərli töhfələr verməsi qeyd olunub.

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti və Hampton sinaqoqunun təsisçisi ravvin Mark Şnayer Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən olmasından məmnunluq duyaraq, ölkəmizin nümunəvi təcrübəyə malik platforma kimi mühüm rolunu vurğulayıb.

Görüşdə, həmçinin layihələrin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər