Mühüm: Seçki qabağa çəkilə bilər - MSK sədri
Dərc olunub:
2-05-2024, 17:34
Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır.
Avrasiya.net xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O deyib ki, seçkilərin müddəti önə də çəkilə bilər:
“Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.