Aksiyaçılar Batumidən Tbilisiyə gələcəklər
Dərc olunub:
1-05-2024, 10:11
Tbilisidə "Xarici təsirin şəffaflığı" qanun layihəsinə qarşı etiraz aksiyasına 1 may Batumidən də vətəndaş fəallar qatılacağını elan edib.
Gürcüstan mətbuatı xəbər verir ki, müxalifətçilər, vətəndaş fəalları, QHT rəhbərləri Batumidə fövqaladə vəziyyət elan ediblər və 1 may Parlamentin önündə keçiriləcək aksiyada iştirak edəcəklərini bildiriblər.
Onlar böyük bir karvanla Batumidən Tbilisiyə gələcəklərini bildiriblər.
"Görünür, İvanişvili rejimi hələ də güc tətbiq etməyə hazırlaşır və bundan da betərini etmək olar, ona görə də sabah nə edəcəyimizi görəcəklər. Böyük bir karvanla Tbilisiyə çatacağıq, sabah saat 12-də Acaradan yola düşəcəyik" , - fəallar bildirib.