Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı
Dərc olunub:
2-05-2024, 12:11
Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni törəmə şirkəti “Turkish Aerospace Azerbaijan”ın yaradıldığını açıqlayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Qeyd edilib ki, məqsəd Azərbaycan daxilində, xüsusən beşinci nəsil qırıcı KAAN-ın modernləşdirilməsi proqramı üzrə işgüzar əməkdaşlığı dərinləşdirməkdir.
KAAN milli döyüş təyyarələri layihəsində əməkdaşlıq sayəsində Azərbaycan Türkiyə ilə təkcə Silahlı Qüvvələr baxımından deyil, bütün müdafiə-sənaye kompleksi baxımından daha sıx işgüzar əlaqələrə yeni addım atacaq.
Son xəbərlər
