495 nəfərin Azərbaycanı tərk etməsinə icazə verilməyib
Dərc olunub:
1-05-2024, 13:47
Bu ilin aprel ayında ölkədən çıxışına qadağa qoyulan 495 nəfərin Azərbaycanı tərk etməsinə, ölkəyə girişinə qadağa qoyulan 15 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.
Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Son xəbərlər
