Sumqayıtda zavodda yanğın: FHN əməkdaşı xəsarət aldı
Dərc olunub:
1-05-2024, 09:45
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Sumqayıt Aşqarlar" zavodunun ərazisində ötən gün baş verən yanğında Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı xəsarət alıb.
Report xəbər verir ki, zavodda istifadə olunmuş yağların toplandığı quyu yanıb.
Yanğının söndürülməsi zamanı FHN-in Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Ramil Fikrət oğlu Məmmədli sağ çiyinin əziyi xəsarəti alıb.